ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahunu ölkəsini İrana qarşı tək qoymaqla hədələyib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.
“İranlılar bizdən İsrailə hücumları dayandırmağımızı deməyimizi istədilər. Mən Bibiyə zəng etdim və onu dayandırmağa məcbur etdim. Ona dedim ki, “Bibi, hərəkətlərində çox diqqətli olmalısan, çünki çox tezliklə İrana qarşı tək qala bilərsən””, – deyə o bildirib.
Onun sözlərinə görə, beş ölkə ondan Netanyahuya təzyiq göstərməsini istəyib. Amerika lideri həmçinin qeyd edib ki, İsrailə zərbə endirməyəcəyinə dair ilk söz verən İran olub.
O, Tehranla müqaviləyə sadiq qaldığını və Tehranın onu imzalamaqda maraqlı olduğunu vurğulayıb.
Tahir Turan
Globalinfo.az