“Netanyahu administrasiyası humanitar addımlar atmır”.
Globalinfo.az xəbər verir ki, bunu erməni siyasi şərhçi Akob Badalyan yazıb.
O bildirib ki, ermənilər İsrailin soyqırımı barədə qərarına görə sevinirlər, lakin reallıqda bu, narahatlıq doğurmalıdır:
“Biz yalnız narahat olmalıyıq ki, on minlərlə Qəzza sakinini öldürənlər niyə birdən-birə “erməni soyqırımı” qurbanlarının xatirəsinə toxunmaq qərarına gəldi”.
Qeyd edək ki, İsrail hökuməti rəsmi olaraq qondarma “erməni soyqırımı”nı tanımağa yekdilliklə səs verib. Qərar təsdiq üçün parlamentə göndəriləcək.
Əliyar Xəlil
Globalinfo.az