Ombudsman saxlanılan erməni futbolçularla görüşündən danışdı

Ombudsman bayrağımıza qarşı hörmətsizlik etdikləri üçün saxlanılan erməni futbolçularla görüşündən danışıb.

Globalinfo.az xəbər verir ki, jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib ki, hər zaman olduğu kimi Azərbaycan öz öhdəliyinə götürdüyü bütün norma və prinsiplərə riayət edir və buna uyğun hərəkət edir.

“Onlar Azərbaycan hökumətinə öz dərin təşəkkürlərini bildirdilər və əməllərinə görə peşmandırlar. Onların sözlərinə görə, onları bu əməli törətməyə böyükləri, klubun rəhbərliyi və məşqçiləri məcbur edib.

Bu Azərbaycanfobiya siyasətinin həyata keçirilməsinin bir daha bariz göstəricisidir. Biz bunu hər zaman həmkarlarımızın nəzərinə çatdırırıq. Təəssüf ki, bu hallar davam edir”.