Ombudsman prezident seçkilərindən danışdı

“Prezident seçkiləri ilə əlaqədar Ombudsman Aparatı və Mərkəzi Seçki Komissiyasının birgə fəaliyyət planı tərtib olunub”.

Globalinfo.az bildirir ki, bunu “Report”a açıqlamasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

Onun sözlərinə görə, fəaliyyət planına əsasən ölkədə silsilə tədbirlər keçirilir: “İlk tədbirlər Bakı, Gəncə, Şəki, Quba və Naxçıvanda olub”.

S.Əliyeva vurğulayıb ki, tədbirlər çərçivəsində vətəndaşların seçki hüququnun təmini haqqında təlimlər keçirilir.