Surət Hüseynovun ölümü təsdiqləndi – YENİLƏNİB

Azərbaycanın sabiq baş naziri Surət Hüseynov İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə APA-ya yaxınları bildirib.

Əldə olunan məlumata əsasən, uzun sürən xəstəlikdən sonra mərhumun mədəsində deşilmə yaranıb və bu səbəbdən başlayan qanaxma nəticəsində o həyatını itirib.

***17:47

Səhhəti qəfil pisləşən sabiq Baş nazir Surət Hüseynov yerləşdirildiyi İstanbul Arnavutköy Dövlət Xəstəxanasından özəl tibb müəssisəsinə köçürülüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Surət Hüseynov indilərdə özəl xəstəxanaya aparılıb.

Xəstəxanada olan yaxınlarının verdiyi xəbərə görə, Surət Hüseynov səhhətindəki problemlərlə əlaqədar olaraq Moskvadan Moldovaya getmək üçün İstanbuldakı yeni hava limanına gəlib.

O, elə aeroportda infarkt keçirib, ürəyi dayanıb. İlk olaraq onun həyatını itirdiyi güman edilib. Xəstəxanaya aparılan zamanı ürəyi fəaliyyətini bərpa edib.

Surət Huseynovun səhhəti stabildir, anju olunacağı bildirilir, eyni zamanda, böyrəklərində və mədəsində də problemlərin olduğu deyilir.

Qeyd edək ki, bu gün Surət Hüseynovun vəfat etməsi barədə məlumatlar yayılıb.

***14:18

Sürət Hüseynov komaya düşüb.

Globalinfo.az bildirir ki, bu barədə “Qaynarinfo”ya sabiq baş nazirin yaxınları məlumat veriblər.

Həkimlər əvvəlcə onun öldüyünü zənn ediblər. Lakin sonradan məlum olub ki, o, komadadır.

Yaxınları Sürət Hüseynovun hazırda reanimasiyada olduğunu bildirirlər.

***13:56

Azərbaycanın sabiq baş naziri Surət Hüseynov vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya Surət Hüseynovun yaxınları bildirib.

Məlumata görə, Moskvadan İstanbula gələn Surət Hüseynov təyyarə eniş edən zaman ürəktutmasından vəfat edib.