Ölüm xəbəri yayılan Cavanşir Quliyev danışdı

“Dualara görə hər kəsə təşəkkür edirəm, babatam”.

Globalinfo.az bildirir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında Türkiyədə müalicə olunan və bir müddət öncə ölüm xəbəri yayılan Əməkdar incəsənət xadimi Cavanşir Quliyev deyib.

Xatırladaq ki, sənətkar fevral ayının 5-də İstanbulda yerləşən xəstəxanalardan birinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.