Ölkədə yoluxanlar və vaksin olunanlarla bağlı son durum açıqlandı

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 25 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan 3 nəfər ölüb.

***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 213 vaksin vurulub.

Globalinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci doza üzrə 25, ikinci doza üzrə 162 vaksin vurulub. Üç və daha çox doza üzrə vaksinasiya olunanlar sayı 26 nəfərdir. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 4 nəfər təşkil edib.