Ölkədə siyasi partiyalar büdcədən bu qədər vəsait alacaq

Gələn il Azərbaycanın dövlət büdcəsindən siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün 5 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

Globalinfo.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, həmin vəsait VI çağırış Milli Məclisinin deputatlarının təmsil olunduğu partiyalara çatacaq.