Ölkədə pandemiya və vaksinasiya ilə bağlı son vəziyyət

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 40 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828 628 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 327 nəfər müalicə olunaraq sağalıb, 10 122 nəfər vəfat edib, aktiv xəstə sayı 179 nəfərdir.

Ölkədə son sutka ərzində 2 292, hazırkı dövrədək isə 7 529 191 test aparılıb.

***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 376 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 118, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 101, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 134, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 23 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 949 573, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 404 366, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 147, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 400 407, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 653 nəfər təşkil edir.