Ölkədə pandemiya və vaksinasiya ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 29 yeni yoluxma faktı qeydə alınıb, 30 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 540 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 100 nəfər müalicə olunaraq sağalıb, 10 257 nəfər vəfat edib, aktiv xəstə sayı 183 nəfərdir.

Ölkədə son sutka ərzində 1 181, hazırkı dövrədək isə 7 596 487 test aparılıb.

***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 151 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 42, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 82, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 22, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 5 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 962 535, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 410 951, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 882 363, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 403 042, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 179 nəfər təşkil edir.