Ölkədə pandemiya və vaksinasiya ilə bağlı son vəziyyət

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 859 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 539 nəfər müalicə olunaraq sağalıb, 10 277 nəfər vəfat edib, aktiv xəstə sayı 43 nəfərdir.

Ölkədə son sutka ərzində 1 472, hazırkı dövrədək isə 7 625 572 test aparılıb.

***20:03

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 68 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 18-dir. Pozitiv nəticədən sonra buster doza üzrə vaksin vurulmayıb.

Vurulan vaksinlərin ümumi sayı 13 965 826, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 525, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 928 , üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 136, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 237 nəfər təşkil edir.