Ölkədə pandemiya və vaksinasiya ilə bağlı son vəziyyət

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 10 yeni yoluxma faktı qeydə alınıb, 30 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 834 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 500 nəfər müalicə olunaraq sağalıb, 10 274 nəfər vəfat edib, aktiv xəstə sayı 60 nəfərdir.

Ölkədə son sutka ərzində 1923, hazırkı dövrədək isə 7 662 334 test aparılıb.

***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 767 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 73, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 125, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 556, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 13 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 965 646, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 472, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı .4 883 863, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 077, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 234 nəfər təşkil edir.