Ölkədə pandemiya və vaksinasiya İlə bağlı son vəziyyət

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 101 yeni yoluxma faktı qeydə alınıb, 93 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 830 056 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 819 403 nəfər müalicə olunaraq sağalıb, 10 193 nəfər vəfat edib, aktiv xəstə sayı 460 nəfərdir.

Ölkədə son sutka ərzində 1732, hazırkı dövrədək isə 7 564 431 test aparılıb.

***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 388 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 262, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 65, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 14 nəfərdir.

 

Vurulan vaksinlərin ümumi sayı 13 956 804, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 408 496, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 880 137, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 402 171, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 000 nəfər təşkil edir.