Ölkədə pandemiya və vaksinasiya ilə bağlı son vəziyyət

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 39 yeni yoluxma faktı qeydə alınıb, 43 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 829 115 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 715 nəfər müalicə olunaraq sağalıb, 10 151 nəfər vəfat edib, aktiv xəstə sayı 249 nəfərdir.

Ölkədə son sutka ərzində 820, hazırkı dövrədək isə 7 545 906 test aparılıb.

***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 197 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 75, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 33, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 73, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 16 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 952 477, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 405 468, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 642, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 401 523, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 844 nəfər təşkil edir.