Ölkədə pandemiya və vaksinasiya ilə bağlı son məlumat

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 706 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 351 nəfər müalicə olunaraq sağalıb, 10 270 nəfər vəfat edib, aktiv xəstə sayı 89 nəfərdir.

Ölkədə son sutka ərzində 1 015, hazırkı dövrədək isə 7 608 942 test aparılıb.

***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 94 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 50, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 22, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 963 600, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 131, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 024, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 403 247 pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 198 nəfər təşkil edir.