Ölkədə pandemiya ilə bağlı son durum

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına bir yeni yoluxma faktı qeydə alınıb, iki nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, infeksiyadan ölüm faktı qeydə alınmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 955 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 663 nəfər müalicə olunaraq sağalıb, 10 284 nəfər vəfat edib, aktiv xəstə sayı 8 nəfərdir.

Ölkədə son sutka ərzində 1 029, hazırkı dövrədək isə 7 648 918 test aparılıb.

***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 66 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 40, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı yeddi, üç və daha çox doza vaksin vurduranların sayı 16, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə üç nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 967 610, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 412 615, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 127, üç və daha çox doza vaksin vurduranların sayı 3 404 553, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 315 təşkil edir.