“Moldovanın gələcəyi təhlükədədir”.
Globalinfo.az xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu deyib.
Onun sözlərinə görə, Moldovada oktyabrın 20-də keçirilən seçkilərdə azadlığa qarşı misilsiz hücum həyata keçirilib.
Sandu bildirib ki, ölkənin məhkəmə sistemində çatışmazlıq var, çünki korrupsiya ilə bağlı işləri yekunlaşmayıb:
“Mən dövlət orqanlarını seçki prosesində ədaləti təmin etməyə, saxtakarlıqları yayımlamağa çağırıram. Məhkəmə hakimiyyəti indi oyanmasa, Moldovanın gələcəyi onillər ərzində təhdid altında olacaq”.
Qeyd edək ki, Moldovada bundan öncə keçirilən prezident seçkisində Maya Sandu qalib gəlib. Lakin o, 50%-lik bariyeri keçə bilmədiyi üçün seçki ikinci tura qalıb.
Əliyar Xəlil
Globalinfo.az