Qar davam edir: ən çox yağıntı hara düşüb?

Yanvarın 14-ü saat 15:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, hazırda bəzi ərazilərə qar yağır.

Bu barədə Globalinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edək ki, ən çox qar Cənub bölgəsində müşahidə olunur. Hazırda qarın hündürlüyü Lənkəranda 52 sm, Biləsuvarda 45 sm, Lerikdə 40 sm, Yardımlıda 35 sm, Göytəpədə 33 sm, Astarada 32 sm-dir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1 dərəcəyə yaxın, Naxçıvan MR-da 3 dərəcəyədək şaxta, Aran rayonlarında 2 dərəcəyədək şaxta, dağlıq rayonlarda 7 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə isə 10 dərəcəyədək şaxta müşahidə olunur.

***

Yanvarın 14-ü saat 12:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, qar yağır.

Globalinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Sarıbaş (Qax), İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Xaltan, Quba, Qusar, Şabran, Tərtər, Bərdə, Mingəçevir, Göyçay, Hacıqabul, Lənkəran, Yevlax, Kürdəmir, Neftçala, Sabirabad, Yardımlı, Beyləqan, Cəfərxan, Biləsuvar, Astara, Şahdağ və Qrızda qar yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 0 dərəcəyə yaxın, Naxçıvan MR-da 4 dərəcəyədək şaxta, Aran rayonlarında 2 dərəcəyədək şaxta, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta olub.

Yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında 14-ü axşamadək, bölgələrdə isə 15-i səhərədək davam edəcək.

Gözlənilən şaxtalı hava şəraiti ilə əlaqədar yanvarın 14-15-16-da gecə və səhər saatlarında magistral yolların buz bağlama ehtimalı var. Xüsusən də dağlıq və dağətəyi rayonlarda.