Ölkə ərazisində hava şəraiti yağmursuz keçib – FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin avqustun 27-si saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti yağmursuz keçib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib.

Onun verdiyi məlumata görə, hazırda havanın temperaturu Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan MR-da 33, Aran rayonlarında 34, dağlıq rayonlarda isə 21 dərəcə isti müşahidə olunur.