Ölənlərdən 50-nin kimliyini bilindi – Vorobyov

“Moskvada “Krokus”da törədilən terror aktı nəticəsində 133 nəfər həlak olub, onlardan 50-nin şəxsiyyəti müəyyən edilib”.

Globalinfo.az xəbər verir ki, bunu Moskva vilayətinin qubernatoru Andrey Vorobyov açıqlayıb.

Qubernatorun sözlərinə görə, hazırda xilasedicilər “Krokus”da atışmanın başladığı konsert zalının dağıntılarını təmizləyir, orada ölənlərin cəsədlərini axtarrırlar. 107 nəfər xəstəxanadadır, onlarln həyatı üçün mübarizə aparılır.

A.Vorobyov bildirib ki, iki gün ərzində dəstək mərkəzinin qaynar xəttinə 125  nəfər zəng edərək itkin düşən yaxınları haqda məlumat almağa çalışıblar.

Qubernator həmçinin qurbanlar üçün qan verməyə gələnlərə təşəkkür edibş. İlkin məlumatlara görə, orada 3 mindən çox insan qan vermək üçün müraciət edib.

Ayşən Mustafa
Globalinfo.az