2020-ci il müharibəsindən əvvəl təklif etdik ki… – Ohanyan

“1994-cü ildən sonra cəmiyyətimizin böyük bir hissəsi sülhün, münasibətlərin normallaşmasının, qonşuluq əlaqələrinin yaradılmasının tərəfdarı olub”.

Globalinfo.az xəbər verir ki, bunu erməni jurnalist Armine Ohanyan deyib.

O bildirib ki, 2020-ci il müharibəsindən əvvəl erməni cəmiyyətində işğal olunmuş rayonları Azərbaycana qaytarmağı təklif edənlər ciddi təzyiqlə üzləşiblər:

“İllərdir ki, Qarabağ məsələsinin həll olunduğunu deyənlərlə mübahisə edirdim. İşğal olunmuş rayonların geri qaytarılmalı olduğunu, sülh müqaviləsinin imzalanmasını təklif edəndə isə bizi tənqid atəşinə tuturdular. Həmin rayonları “azad etmişik” demədiyimizə görə bizə təzyiq göstərirdilər. Ermənistan hakimiyyətinin uzaqgörənliyi olsaydı, 2020-ci ilə kimi bu məsələ öz həllini tapmış olardı. İndi sülhdən danışmaq 1990-2000-ci illərdən sonrakı müddətdən tamamilə fərqlidir. Sülhdən imtina etmək məğlub, alçaq bir davranışdır”.

Ayşən Mustafa
Globalinfo.az