Ohanyan 12

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın səhhətində problem yaranıb.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və digərlərinin məhkəməsində hakim açıqlayıb.

Məlumata görə, Ohanyan hazırda xəstəxanada müalicə alır. Bu səbəbdən məhkəməyə gedə bilməyib. Məhkəmədə sabiq müdafiə nazirinin iştirakı məcburi olduğundan iclas təxirə salınıb.

Növbəti iclas 17 iyun tarixinə keçirilib.

Qeyd edək ki, adı çəkilən şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya hallarına görə ittiham olunurlar. Köçəryan barəsində isə ayrıca 2008-ci ildə İrəvanda baş verən qarşıdurma və güllələmə hadisəsinə görə cinayət işi açılıb.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: