Oğuzda güclü külək: irigövdəli ağaclar avtomobil yoluna aşdı – FOTO / YENİLƏNİB

9e7d8015 c355 3796 a105 80d9e5a7e1b9 850

Oğuzda bağlanan yolda hərəkət bərpa olunub.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, güclü külək nəticəsində irigövdəli ağacların aşmasından sonra nəqliyyat vasitələri üçün bağlanan Oğuz-Bayan avtomobil yolu Yol İstismarı İdarəsinin təxnikaları və şəxsi heyəti tərəfindən açılıb.

Yola aşmış ağaclar doğranaraq yoldan götürülüb.

Hazırda yolda nəqliyyat vasitələri asanlıqla hərəkət edir. Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.

***

Oğuzda güclü külək irigövdəli ağacları avtomobil yoluna aşırıb.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, Oğuz-Bayan avtomobil yolunun Oğuz rayonu ərazisindən keçən hissəsində irigövdəli ağaclar yola aşıb. Nəticədə yolda hərəkət dayanıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən yolda hərəkətin bərpası istiqamətində işlər aparılır.

Qeyd edək ki, bu gün axşam saatlarından başlayaraq şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.

06cc97f3 8c90 3b97 a12f d754949269e7 cc41540f 49b4 3aa2 83fd a0c4f7d01e4d