64888d8f2f58a64888d8f2f58b168667073564888d8f2f58864888d8f2f589

Oğuzda minik avtomobilləri toqquşub, ölən və yaralananlar var.

Globalinfo.az-ın APA-ya istinadən məlumatına görə, hadisə axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində baş verib.

“Toyota” və “VAZ-2106” markalı minik avtomobillərin toqquşması nəticəsində “VAZ 2106”-da olan bir sərnişin hadisə yerində ölüb. Qəza zamanı hər iki avtomobildə olan bir-neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

64888d8f4c49f64888d8f4c4a0168667073564888d8f4c49d64888d8f4c49e 64888d8f62fc064888d8f62fc1168667073564888d8f62fbd64888d8f62fbe

Paylaş: