Oğuzda 80 yaşlı qadının meyiti kanaldan tapıldı

su kanali

Oğuz rayonunda 80 yaşlı qadının meyiti kanaldan tapılıb.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Kərimli kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1945-ci il təvəllüdlü Qənirə İsmayıl qızı Həsənova aprelin 25-i səhər saatlarında itkin düşüb, ancaq axşam saatlarında kənd ərazisindəki kanalda onun meyiti aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.