Oğrulara ünvanı ev sahibinin qohumu veribmiş – FOTO

Lənkəran Liman şəhəri ərazisində yerləşən evlərdən birindən 8 min  dollar  və 930 min  rus rublunun oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Globalinfo.az-a bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Rahim Əkbərov, Elşən Mirzəzadə və Rövşən Nuruşov saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, dəstənin digər üzvlərinə həmin evdə külli miqdarda pulun olması barədə məlumatı zərərçəkənin qohumu R.Əkbərov verib.

Araşdırmalar davam etdirilir.
Bir 3 nəfər və bunu deyən yazı "Elşan Mirzazada Rövşan Nuruşov RahimOkbarov Rahim akbarov" şəkili ola bilər