
Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi ödənişli avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların sayı artıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı minik avtomobildə olan 7 nəfərdən 5-i Rusiya vətəndaşıdır.
Onların adı aşağıdakı kimidir:
Makiyev Aleksey Fyodoroviç (1961)
Makiyeva Elena Nikolayevna (1977);
Mark Denis Nikolayeviç (2007);
Milena Denis Nikolayevna (2001).
Digər iki nəfər isə Göyçay sakinləri, 1972-ci il təvəllüdlü Humay Xəlilova və 1993-cü il təvəllüdlü Gülnar Məmmədovadır.
***
Bakı-Quba-Rusiya Federasiyası sərhədi yeni ödənişli avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az Azərtac-a istinadən xəbər verir ki, hadisə yolun Xaçmaz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “KİA” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində dərəyə aşaraq ağaca çırpılıb. Qəza nəticəsində avtomobildə olan 5 nəfərdən 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar təcili tibbi yardım maşını ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
Faktla bağlı araşdırma aparılır.