1779477236 703564458 18586066666024649 7227704455996916212 n 3

Bakı-Quba-Rusiya Federasiyası sərhədi ödənişli avtomobil yolunda qəza baş verib.

Globalinfo.az “Unikal”a istinadla xəbər verir ki, yolun Şabran rayonu ərazisindən keçən hissəsində “Toyota” markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində beton arakəsməyə çırpılıb və aşıb.

Hadisə zamanı avtomobilin sürücüsü olan qadın və onun qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım briqadası vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

İlkin məlumata görə, qəzaya sürücünün sükan arxasında yuxulaması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

1779477236 703537341 18586066639024649 5442830874362877604 n 5 1779477219 706122411 18586066531024649 7012186643042947033 n 11 6a1077adc54706a1077adc547117794641096a1077adc546e6a1077adc546f 22

Paylaş: