Bakı–Quba–Rusiya dövlət sərhədi ödənişli avtomobil yolunda ağır qəza baş verib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Nəticədə avtomobildə olan 33 yaşlı Səma Əliyeva aldığı xəsarətlərdən həlak olub.
O, Şəmkir Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatçı vəzifəsində çalışıb. Bir övladı var.
Faktla bağlı araşdırma aparılır.
