Obrayenlə Qriqroyan arasında müzakirə

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayen Davosda İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər.

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının Mətbuat Xidməti məlumat yayıb.

“Həmsöhbətlər Ermənistan – ABŞ ikitərəfli münasibətləri və onların gələcək inkişafı məsələlərini müzakirə ediblər. Tərəflər həmçinin Ermənistan – Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesi ilə bağlı fikir mübadiləsi aparıblar”, – məlumatda qeyd olunur.