Obama Trampa qarşı Baydenlə birləşir

ABŞ-ın keçmiş prezidenti Barak Obama eks-prezident Donald Trampın ölkədə hakimiyyətə qayıdışı ehtimalından narahatdır və hazırkı lider Co Baydeni seçki kampaniyasını gücləndirməyə çağırıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.

Nəşrin yazdığına görə, Obama və Bayden birbaşa olaraq seçki kampaniyasının yenidən qurulmasının zəruriliyini müzakirə ediblər.

Qeyd edək ki, Obama və Bayden Demokratlar Partiyasını, Tramp isə Respublikaçılar Partiyasını təmsil edir.