“Tramp İranla razılaşmanı mənim prezidentliyim dövründə imzalandığı üçün ləğv edib”.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Barak Obama “DW”yə müsahibəsində danışıb.
“Deyəsən, bu, trendə çevrilib”, – Obama vurğulayıb.
O qeyd edib ki, İranla nüvə sazişi uzun illər davam edən mürəkkəb danışıqlar nəticəsində əldə olunmuşdu və məqsəd Yaxın Şərqdə gərginliyi azaltmaq idi.
Obama hesab edir ki, belə beynəlxalq razılaşmaların daxili siyasi rəqabət fonunda ləğv edilməsi ABŞ-ın etibarlılığına və diplomatik mövqeyinə mənfi təsir göstərə bilər.
Tahir Turan
Globalinfo.az