Obalıya sui-qəsdlə bağlı şok versiya – Politoloq ad çəkdi

“Əgər Əhməd bəyə qarşı təxribatın Tehranın əlaltılarının işi olduğu sübut olunarsa, demək İran “şeytan” adlandırdığı əsas düşməni ABŞ ərazisində də hədəf seçdiyi insanları təqib edə bilir”.

Globalinfo.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.

“Əhməd Obalıya və oğluna keçmiş olsun! Əhməd bəylə təxminən 15 ildir tanışıq, Bakıya hər gələndə görüşməyə çalışırıq, bu alınmayanda telefonla da müxtəlif mövzular ətrafında uzun-uzun müzakirələr aparırıq. Əhməd Obalı vaxtilə Günaz TV-ni təsis etməklə mürəkkəb bir işə girişib, dostlar qazanmaqla yanaşı, düşmənlərinin də hədəfinə gəlib. Günaz TV təsis edildiyi ilk gündən İranın Azərbaycan əleyhinə dövlət təbliğatına, “Səhər” televiziya kalanının davamlı təxribatlarına qarşı mübarizə aparıb. Bu mübarizə Tehranı hər zaman rahatsız edib.

Amerikada şah tərəfdarları da fəaldırlar, onlar sözdə İrandakı rejimə qarşı mübarizə apadıqlarını bəyan etsələr də, Azərbaycan məsələsində mövqeləri üst-üstə düşür, onlardan da təxribat gözləmək mümkündür”.

Qeyd edk ki,Günaz TV-nin qurucusu, azərbaycanlı fəal, siyasi mühacir Əhməd Obalı oğlu ilə birlikdə ABŞ-da ölümcül döyülüb.

Globalinfo.az