Amerikalı sahibkar, “Tesla” şirkətinin təsisçisi İlon Mask 2027-ci ildə dünyanın ilk trilyoneri ola bilər.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə dünyanın ən zəngin adamlarının sərvətini tədqiq edən “İnforma Connect” çıxış edib.
Təşkilat bildirib ki, Maskın sərvəti ildə ortalama 110% artır və bu da onun trilyoner olması ehtimallarını gücləndirir.
Maskdan sonra bu statusu hindistanlı konqlomerat Qautam Adanini qazanaca bilər. Belə ki, Adaninin sərvətinin artımı ildə ortalama 123% təşkil edir. O bu statusu 2028-ci ildə əldə edə biləcək.
Bu statusu qazanacaqların siyahısında həmçinin “Nvidia”nın sahibi Censen Xuan, indoneziyalı Pradjoqo Panqestu, fransalı Bernar Arno və amerikalı Mark Zukerberqin yer ala biləcəyi vurğulanıb.
Qeyd edək ki, hazırda Maskın sərvəti 251 milyard dollardır
Əliyar Xəlil
Globalinfo.az