Sinaqoqda qəribə əməliyyat: gizli tuneldə qanlı tapıntı – VİDEO

ABŞ polisi Nyu Yorkun Bruklin qəsəbəsində yerləşən sinaqoqda əməliyyat keçirib. 

Globalinfo.az xəbər verir ki, “70 Eastern Parkway” adlanan sinaqoqda əməliyyat zamanı yeraltı tunellər aşkarlanıb.

Tunellərə baxış keçirilən zaman üzərində qan ləkələri olan çarpayılar və uşaq arabaları tapılıb. Polisin tuneli bağlamasına mane olmağa çalışan 10 nəfər saxlanılıb.

Tunelin hansı məqsədlə qazıldığı və fəaliyyət göstərdiyi məlum deyil.

Əməliyyat görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Ayşən Mustafa
Globalinfo.az