Tehran ABŞ-la nüvə proqramı üzrə danışıqlarda kompromisə hazırdır, lakin bu, uranın zənginləşdirilməsi məsələsini əhatə etmir.
Globalinfo.az CNN-ə istinadla xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, bu məsələ ABŞ-İran danışıqlarında əsas fikir ayrılığı olaraq qalır. ABŞ tərəfi İranın uranı zənginləşdirmə fəaliyyətlərini tamamilə dayandırmasını tələb edir. Lakin Tehran bu tələbi rədd edir və uranın zənginləşdirilməsinin Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) uyğun olaraq hüquqları çərçivəsində olduğunu vurğulayır.
Aysel Əliyeva
Globalinfo.az