Nüsrətlə bağlı araşdırma başladı

FİFA DÇ-2022-nin finalında keçirilən Argentina – Fransa matçından sonra meydana daxil olan türkiyəli tanınmış aşpaz Nüsrət Gökçe ilə bağlı tədbir görəcək.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məsələ ilə bağlı araşdırma aparılıb. Məlum olub ki, Nüsrət və onun kimi bəzi şəxslər mükafatlandırma mərasimində meydana icazəsiz girib.

Xatırladaq ki, Argentina millisi penaltilər seriyasında Fransaya qalib gələrək tarixində 3-cü dəfə dünya çempionu olub.