Nuridə Allahyarova hər iki vəzifəsindən azad edildi

Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri vəzifəsinə müvəqqəti icra edən Nuridə Allahyarova vəzifəsindən azad olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə o özü məlumat yayıb.

Məlumata görə, N.Allahyarova həmçinin nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsindən də çıxarılıb.