
Türkiyəli aktrisa Nurgül Yeşilçay İstanbuldan köçəcəyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.
Aktrisa səbəbləri üç maddə ilə izah edib:
“Birincisi, hazırda şəhərdə hər dəqiqə tıxac müşahidə olunur. Hamı maşınını harada saxlayacağı barədə düşünür. Taksi tapa bilmirik, avtobusda sıxlıqdır, səki yoxdur. Bu ehtimalları hesablaya-hesablaya əksəriyyət riyaziyyatçı oldu. Düşünürəm ki, dəyərli vaxtımızdan daha vacib işlər üçün istifadə etməliyik”.
O, ikinci səbəb kimi cəmiyyətdə çox adamın aqressiv olduğunu göstərib:
“Elə bir vəziyyət var ki, hamı hər an bir-biri ilə vuruşmağa hazırlaşır. Bir az torpağa ayaq basmaq lazımdır. Üçüncüsü, hər şey çox dadsızdır. Ən dəbdəbəli restoranda da, küçədə də yeməklər qane etmir”.
Leyla Əlisoy
Globalinfo.az