esas 0o

Milli Məclisin deputatı Novruzəli Aslanov 31 iyul 2025-ci il tarixində İsmayıllı rayonunda növbəti dəfə seçiciləri ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu dəfəki qəbul rayonun Xanagah kəndində baş tutub.

Tədbirin gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Novruzəli Aslanov sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb və onların həlli məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldıracağını bildirib.

Deputat Novruzəli Aslanovun keçirdiyi görüşdə iştirak edən Xanagah kənd sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

img 20250731 wa0023img 20250731 wa0024img 20250731 wa0028img 20250731 135128img 20250731 135243img 20250731 135312

img 20250731 135342

Paylaş: