Novella Cəfəroğlu açıqladı: əfv siyahısında kimlər var?

“Biz siyahını tərtib edib Əfv Komissiyasına ünvanlamışıq”.

Globalinfo.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu mayın 10-da gözlənilən Əfv sərəncamının kimlərə şamil olunacağına aydınlıq gətirərkən deyib. O bildirib ki, 29 nəfərlik siyahı ilə Əfv Komissiyasına müraciət olunub:

“Hamı kimi biz də gözləyirik. Müraciətimiz olan siyahıda 29 nəfər şəxsin adı var. Bundan əlavə müraciətə Gəncə hadisələri zamanı həbs olunanlar və OMON-çuların adını ayrıca qeyt etdik. Xahiş etmişik ki, bunların hər birinə baxılsın. Çox istəyərdim ki, bu dəfə onların hamısını buraxsınlar”.

Novella Cəfəroğlu hesab edir ki, onlar əfv olunmalıdır:

“Əgər belə olarsa, heç bir dövlət bizə irad tuta bilməyəcək”.