
Moskva və Kiyev arasında növbəti əsir mübadiləsi baş tutub.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Mübadilə “175-ə 175” formulu əsasında həyata keçirilib. Rusiya təcili tibbi yardıma ehtiyacı olan 22 ağır yaralı hərbi əsiri də təhvil verib.
Əsirlikdən azad edilən Rusiya hərbi qulluqçuları Belarusdadırlar. Onlar müalicə və reabilitasiya üçün vətənlərinə çatdırılacaqlar.
Aysel Əliyeva
Globalinfo.az