6a0e0baf0923b6a0e0baf0923c17793053916a0e0baf092396a0e0baf0923a

ABŞİran arasında növbəti danışıqlar raundu iyunun əvvəlində baş tuta bilər.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, görüşün Həcc mövsümündən sonra İslamabadda keçirilməsi planlaşdırılır. 2026-cı ildə Həcc ziyarətinin əsas mərhələləri mayın 25-29-na təsadüf edir.

Mənbələr bildiriblər ki, hazırda Vaşinqton və Tehran arasında mümkün razılaşmanın yekun mətni üzərində iş aparılır.

Həmçinin Pakistan ordusunun baş qərargah rəisi Asim Munirin cümə günü İrana səfər edərək razılaşmanın son variantını təqdim edə biləcəyi iddia olunur.

Paylaş: