Notr-Dam kilsəsinin açılış tarixi məlum oldu

Fransa paytaxtının əsas simvollarında biri, böyükmiqyaslı yanğın nəticəsində zədələnmiş Notr-Dam kilsəsi 8 dekabr 2024-cü ildə yenidən ziyarətçilərin üzünə açılacaq.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, Fransa prezidenti Emmanuel Makron bu barədə Yeni il münasibətilə fransızlara etdiyi müraciətində məlumat verib.

“Bu hadisə Fransa üçün, onun bərpasında iştirak edən hər kəs üçün qürur il olacaq”,  – deyə E. Makron əlavə edib.

Xatırladaq ki, Notr-Damda 2019-cu ilin aprelində yanğın baş verib. Ehtimal olunur ki, hadisəyə elektrik şəbəkəsindəki problem səbəb olub. Yanğın 14 saat ərzində söndürülüb, tarixi binaya ciddi ziyan dəyib.