Nobel Sülh mükafatı laureatı həbs cəzasına məhkum edildi

Dəkkə məhkəməsi Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusu əmək qanunlarını pozmaqda ittiham edərək ona altı ay müddətinə həbs cəzası verib.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, Yunusla birlikdə onun təsis etdiyi “Grameen Telecom” telekommunikasiya şirkətinin rəhbəri Əşrəful Həsən də məhkum edilib. Onlar, eyni zamanda cərimələniblər.

Qeyd edək ki, 83 yaşlı iqtisadçı 1983-cü ildə təsis etdiyi “Grameen Bank” vasitəsilə Banqladeşin kəndlərində yoxsullara mikrokreditlər verməyə başlayandan sonra beynəlxalq səviyyədə tanınıb. O, 2006-cı ildə iqtisadi inkişaf sahəsindəki fəaliyyətinə görə Nobel Sülh Mükafatına layiq görülüb.

Ancaq bir müddət sonra Yunusla ölkənin baş naziri Şeyx Hasina arasında münaqişə yaranıb. Hökumət başçısı tanınmış iqtisadçını kəndliləri maliyyə əsarətində saxlamaqda günahlandırıb (kəndlilər alınan kreditlərə görə illik təxminən 20% faiz ödəməli idilər).

2022-ci ildə Banqladeş Korrupsiyaya Qarşı Mübarizə Komissiyası Nobel Mükafatı laureatının xeyriyyə fondları ilə bağlı araşdırmaya başlayıb.