Nobel mükafatçısı 90 yaşında vəfat etdi

ABŞ-da yaşayan iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Daniel Kaneman dünyasını dəyişib. 

Globalinfo.az xarici mətbuata istinadən xəbər verir ki, israilli psixoloq 90 yaşında vəfat edib.

Qeyd edək ki, Daniel Kaneman 2002-ci ildə “psixoloji tədqiqatların iqtisadiyyata inteqrasiyasına” görə iqtisadiyyat üzrə Nobel mükafatı alıb.

Alim davranış iqtisadiyyatının banilərindən biri olmaqla yanaşı, qeyri-müəyyənlik və risk şəraitində qərarların qəbul edilməsini təsvir edən perspektiv nəzəriyyəsinin müəllifi idi.