budanov

“Ukrayna Rusiya ilə səfərbərlik məsələsində informasiya savaşını uduzub və bu, hər iki ölkədə orduya cəlbetmə tempinə ciddi təsir göstərib”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirilo Budanov deyib.

Budanov qeyd edib ki, vəziyyətə görə, birbaşa Ukrayna dövlətini günahlandırmaq olmaz. Çünki burada hər iki ölkənin daxili quruluş xüsusiyyətləri mühüm rol oynayır.

Onun fikrincə, Rusiyada televiziyalar və onlayn media müharibəni tamamilə fərqli şəkildə təqdim edir:

“Orada nə bir əlil, nə də ‘bizə çətindir’ deyən insan görə bilərsiniz. Yalnız qalib gələn, irəli gedən, təmiz formada döyüşən əsgərlər göstərilir. Çox vaxt bu, aktyorlar olur. Amma bu da media proqramının bir hissəsidir,” — deyə Budanov vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: