Niyə əksər insanlar körpələrini sol əllə yelləyir? – MARAQLI ARAŞDIRMA

Əksər insanlar körpələrini sol qolu üzərində yelləməyə üstünlük verirlər.

Globalinfo.az xəbər verir ki, Norveç Elm və Texnologiya Universitetinin alimləri 765 nəfər arasında apardıqları araşdırmanın nəticəsinə əsasən bu faktı müəyyən ediblər. Məlum olub ki, körpəni qucağına almağı bilib-bilməməsindən asılı olmayaraq tədqiqat iştirakçılarının 75 faizi instinktiv olaraq uşağı yelləmək üçün qeyri-dominant əllərindən istifadə ediblər.

Bəzi nəzəriyyələrə görə, əksər insanlar valideynlərin ürək döyüntülərini eşitməsi və sakitləşməsi üçün körpəni sola yelləyirlər. Bununla yanaşı, elm adamları başqa bir nəzəriyyəyə daha çox meyl edirlər. Belə ki, sol ələ meyllilik sağ qolun sərbəst qalması və daha çox iş görə bilməsi üçündür. Ancaq körpələr böyüdükcə və ağırlaşdıqca insanların çoxu onları dominant və daha güclü olan sağ əlləri ilə daşımağa meyl göstərirlər.

Qeyd edək ki, araşdırma “Infancy” jurnalında dərc olunub.

Əliyar Xəlil,

Globalinfo.az