9T9A7097 scaled

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlə görüş keçirib.

Globalinfo.az xəbər verir ki, Nizami Gəncəvi adına 11 nömrəli tam orta məktəbdə baş tutan görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Sakinlərin müraciətlərini diqqətlə dinləyən Niyazi Bayramov işlə təminat, maddi yardımın göstərilməsi, subartezian quyusunun təmiri və digər məsələlərlə bağlı müraciətlərə münasibət bildirib. İcra başçısı qaldırılan problemlərin operativ həlli üçün müvafiq tapşırıqlar verib. Bir çox məsələlər yerindəcə həllini tapıb, digərləri isə araşdırılaraq qanunvericiliyə uyğun şəkildə icra olunmaq üçün qeydiyyata götürülüb.

Qeyd edək ki, vətəndaşlarla səyyar görüşlər mütəmadi olaraq keçirilir.

9T9A7011
9T9A7038
9T9A7016
9T9A7083
9T9A7056

Paylaş: