Niyazi Bayramov sakinlərin müraciətlərini dinlədi – FOTOLAR

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb. Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Millət vəkili Pərvin Kərimzadə, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri iştirak ediblər.

Globalinfo.az bildirir ki, Niyazi Bayramov görüş iştirakçılarını salamlayaraq bildirib ki, möhtərəm Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncə şəhərində mütəmadi olaraq sakinlərlə görüşlər keçirilir, onları narahat edən məsələlərin araşdırılaraq, aradan qaldırılması istiqamətində müvafiq işlər görülür.

Daha sonra şəhər rəhbəri şəhər sakinlərinin müraciətlərini dinləyib. Səsləndirilən məsələlər arasında işlə təminat, maddi yardımın göstərilməsi və digər məsələlər üstünlük təşkil edib.

Niyazi Bayramov vətəndaşları fərdi qaydada dinləyərək, səsləndirdikləri məsələlərin qısa zamanda həll edilməsi istiqamətində müvafiq tapşırıqlar verib.

Qaldırılan bir çox məsələ yerindəcə öz həllini tapıb, digər müraciətlər araşdırılması üçün qeydiyyata alınıb.
Sakinlər mütəmadi qaydada keçirilən görüşlərə, həmçinin səsləndirdikləri məsələlərin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.